Bəyimli kəndi

Tarix: 24-1-2015 // saat: 09:20
Bəyimli kəndi Bəyimxanımlı obası tərəfindən XX əsrin əvvəllərində salınıb. 1831-ci ildə Şirvan vilayətinin Xançoban mahalına daxil olan Bəyimxanımlı obası rəncbərlik edir, heyvandarlıqla məşğul olurdu. 1826-cı ilə qədər Şirvan xanı Mustafa xanın həyat yoldaşı Fatma bəyimə (Şəki xanı Hüseyn xan Müştaqın qızıdır) aid olduğu üçün belə adlanıb. Fatma bəyim vəfat etdikdən sonra övladları olmadığı üçün obanın rəncbərləri çar xəzinəsinə keçib. Vergi sənədlərinə görə əvvəllər Fatma bəyimin, sonradan isə xəzinənin rəncbərləri olduğuna görə oba vergi verməyib. 1831-ci ildə obada bir maaf İsrafil İbrahim oğlu yaşayıb. Şirvan bölgəsində Bəyimli toponiminə İsmayıllı, Ağsu və Zərdab rayonlarında rast gəlinir. Hamısı Bəyimli obasının adı ilə bağlıdır. İsmayıllıdakı dağ adı və Zərdabdakı qəsəbə adı Ağsudakı Bəyimli (Bəyimxanımlı) obasının yaylaq və qışlaqları olmasına görə belə adlanıb. Hal-hazırda kənddə 50 ev və 250 nəfər yaşayır. Kəndin bir dördillik ibtidai məktəbi var. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq və taxılçılıqdır.
Fariz Xəlilli
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN