İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

Tarix: 31-7-2015 // saat: 11:59
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edərək bu nəcib aksiyaya qoşulub. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən rayona ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müayinə olunduqdan sonra qanvermə aksiyasına qoşulmağa icazə verilib. Gün ərzində 135 nəfər rayon sakini könüllü olaraq qan verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN