Şərablar üçün istifadə edilən aksessuarlar

Tarix: 2-6-2015 // saat: 23:00
 Şərabların aksessuarları olduqca çoxdur. Bu məqaləmizdə onlardan biri olan tıxacaçanlar barədə məlumat verəcəyik.
Şərab butulkasının ağzının açılması - tıxacın çıxarılması prosesinin özü şərab mədəniyyətində əsas öndə gedən yerlərdən birini tutur. Hal-hazırda çox əfsuslar olsun ki, nəinki evlərdə hətta demək olar ki, əksər kiçik kafelərdə, qəlyanaltılarında belə şərabın tıxacını çıxartmaq üçün tıxacaçanlar yoxdur. Tıxacı çıxarmaq üçün Azərbaycanda əsasən tıxacı şərabın içərisinə salmaq variantından istifadə edilir. Yəni tıxacın üstündən barmaq və ya hər hansı küt bir əşya ilə basılır və tıxac butulkanın içərisinə salınır. Bu da şərabdan alınacaq gözəl ətri, dadı yox etməklə bərabər bu ritualı pozur və insanın zövqünü də korlayır.
Tıxacaçan olmadıqda tıxacı çıxarmaq üçün ikinci üsul aşağıdakı şəkildə göstərilmişdir.
Tıxacaçanların yaranması tarixi bir çox tədqiqatçılar tərəfindən XVII əsrə aid edilir və buna dair yekdil fikirdədirlər. 1681-ci ildə ilk dəfə istifadə edilən tıxacaçan tüfəngin lüləsində qalan gülləni çıxartmaq üçün istifadə edilən ştoporun analoqu idi.
Şərabın əsasən Fransa və İtaliyada populyar olmasına baxmayaraq tıxacaçana patenti ilk dəfə 1795-ci ildə ingilis Semyuel Henşel almışdır. Bundan 33 il sonra fransız Fransua Rever bu ixtiraya öz hüququnu təsdiq etdi. Amerikanlar da bir sıra buna bənzər tıxacaçanlar istehsal etməyə başladılar.
1860-cı ildə M.L.Birn T obtazlı taxta tutacaqlı tıxacaçana patent aldı. Aşağıdakı şəkildə müxtəlif tıxacaçanlar göstərilmişdir.
Tıxacaçanların aşağıdakı formaları vardır.
1. Qədimi "metal soxulcan". Bu çox sadə tıxacaçan olub müəyyən fiziki güc tələb edir və tıxac çıxarkən səs yaranır.
2. Lingli tıxacaçanlar. Bu tıxacaçana fransızlar "Şarl De Qoll" deyirlər. Belə ki lingin yuxarı qalxmış qollarını generel De Qolun sevimli jesti olan əllərini yuxarı qaldırmaqla salamlaşmasına bənzədirlər.
3. Vintli tıxacaçanlar. Bu tıxacaçanlarda spirala düşən güc əsaən vintlərin boynuna düşür ki, bu da az güc sərf etməklə tıxacı açmağa səbəb olur.
4. Pompa tipli tıxacaçanlar. Burada tıxacaçanın spiralı iynə ilə əvəz edilir və iynə tıxaca keçdikdən sonra butulkanın daxilinə hava vurulur və havanın təzyiqi altında tıxac özü butulkadan çıxır.
5. Qaraçı tıxacaçanı başqa cür bu tıxacaçanı "Əyanların dostu" adlandırırlar. Bu tıxacaçandan əsasən kolleksiya və markalı şərabların açılmasında istifadə olunur. Belə ki, bu şərablarda tıxac uzun müddət qaldığından ovulan təhər olur və hər hansi bir təsirdən asanlıqla ovulur. Bu tıxacaçan imkan verir ki bu cür tıxacları səliqəli çıxarmaq mümkün olsun. Tıxacaçanın butulkaya daxil olan hissəsi iki lövhədən ibarət olub və tıxacı hər tərəfdən sıxır və fırlamaqla çıxarılır.
6. "Somelye bıçağı" tıxacaçanı. Bu bıçaq əsasən restoranlarda şərab butulkalarını açmaq üçün , üzərində olan kiçik bıçaqla butulkanın boğazına taxılmış metal və ya plastik folqanı kəsmək üçün istifadə edilir. Somelye bıçaqlarında butulkaya söykənən hissə bir pilləli və ya iki pilləli olurlar. Mütəxəssislər iki pilləlini daha üstün hesab edirlər.Birinci pillə ilə tıxac yerindən tərpədilir və ikinci pillə vasitəsilə butulkadan çıxarılır. Bu zaman ayrılan səs də az olur ki, bu da əsas məsələlərdən biridir.
7. Əyləncəli "Bığ tıxacaçanı"
8. Elektriklə işləyən tıxacaçanlar da vardır.
9. Dünyada ən orijinal tıxacaçan özü butulkanın tıxacını açır və şərabı bokala süzür. Bu tıxacaçanın qiyməti 156 800$-dir. Bu tıxacaçan ingilis Robom Xiqqsom tərəfindən yaradılmışdır. 
 
Prof.Dr. Vüqar Mikayılov



















Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN