Kürdəmirdə qanvermə aksiyası

Tarix: 22-4-2015 // saat: 14:14
Aprelin 20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində növbəti qanvermə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib aksiyaya qoşulub. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Gün ərzində 132 nəfər rayon sakini könüllü qan verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN