Çempion qızlarla görüş

Tarix: 16-4-2015 // saat: 21:56
2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən keçirilən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatında İsmayıllı rayonunun Hacıhətəmli kənd tam orta  məktəbinin “Babadağ” komandası  çempion adını qazanıb. Bu münasibətlə keçirilən toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin paytaxtı Bakı şəhərində I Avropa Oyunlarının  keçirilməsi Azərbaycanı bir daha dünyada yenidən tanıdacaq. Görüşdə  İcra hakimiyyətinin müavini Sevil Əhmədova ,  İsmayıllı Futbol  Federasiyasının rəhbəri,  Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru  Nazim  Ağakişiyev və məşqçi Ədalət Əhmədov  iştirak edib. Sonda Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov idmançılarla  hədiyyələr təqdim edib. 
 
 
 
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN