İsmayıllıda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan voleybol yarışı keçirilib

Tarix: 10-4-2015 // saat: 20:04
Aprelin 10-da İsmayıllı şəhərindəki 3 nömrəli məktəb-liseydə Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı, təhsil şöbəsinin dəstəyi ilə keçirilən yarışda 6 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə şəhər 3 nömrəli məktəb-liseyin voleybolçuları birinci yeri tutublar. İkinci və üçüncü yerlərə müvafiq olaraq şəhər 5 və 6 nömrəli tam orta məktəblərin komandaları çıxıb. Hər üç komanda gənclər və idman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
http://azertag.az/xeber/845380

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN