Gənclər gününə həsr olunan futbol yarışı

Tarix: 31-1-2015 // saat: 15:41
İsmayıllı rayonunda 2 fevral - Gənclər günü münasibətilə Gənclər və İdman idarəsi idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon çempionatı keçirilib. Olimpiya İdman Kompleksinin bazasında keçirilən çempionatda 12 komanda iştirak edib. Gərgin və maraqlı keçən yarışda “12 saylı Yol Yaşıllaşdırma” MMC birinci, “İsmayıllı Tikinti-27” MMC ikinci və “Şato-monolit” şirkətinin komandası üçüncü yeri tutub. Qaliblərə Gənclər və İdman idarəsinin kubok və diplomları verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN