Professor Nərgiz Əliyeva

Tarix: 5-1-2015 // saat: 20:29
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur. Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N.Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin üzvüdür. O, 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur. 
Nərgiz Əliyevanın elmi fəaliyyətində orta əsr ərəbdilli mənbələrin öyrənilməsi xüsusi yer tutur. Azərbaycanın orta əsrlər tarixi üzrə istedadlı bir mütəxəssis olan Nərgiz Əliyeva 2 monoqrafiya və 70-a yaxın elmi məqalələrin müəllifi, “Mövlanə Siracəddin Şirvani”, “Quba-dövrün adət və ənənələri” adlı monoqrafiyaların elmi redaktoru olmuşdur. Onun “Yaqut əl-Həməvi və Azərbaycan” əsəri 2000-ci ilin ən yaxşı kitablarından biri kimi qəbul edilmişdir.
Nərgiz Əliyeva Respublikada və xaricdə (London, Mahaçqala, Tbilisi, Dəməşq, Luqansk) elmi əsərlər dərc etdirməşlə yanaşı bir çox simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxışlar etmişdir.Özbəkistan onomastikası (Karşi şəhəri,1989 Özbəkistan onomastikası, 1989), Naxçıvan bu gün: İslahatlar, perspektivlər (Naxçıvan, 2008), Yaxın və Orta Şərq; dünəni, bu günü, sabahı (Bakı,2007), VI Uluslararası Türk Kültürü, Sanatı ve Kültürel mirası (Milan, 2012) və digər beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuşdur. 22-26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda “Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti” mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu göndərilmişdir.
Ərəbdilli yazılı mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair tədqiqatların, o cümlədən monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifidir. 1996-cı ildə Yaqut əl-Həməvinin əsərləri XII-XIII əsrin birinci rübündə Azərbaycanın ictimai-siyasi və mədəni həyatının öyrənilməsində mənbə kimi” adlı namizədlik, 2012-ci ildə “Azərbaycanın elmi mühitinin öyrənilməsində bioqrafik mənbələrin rolu (XI-XIII əsrlər)” mövzusundakı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən N. Əliyeva tarix elmləri doktoku alimlik dərəcəsini qazanmışdır.
2010-cu ildə “Əs-Səmaninin “Kitab əl-Ənsab”əsəri Azərbaycanın mədəniyyət tarixinin öyrənilməsində mənbə kimi” monoqrafiyası çap olunmuşdur. Hazırda “ İbn Makula və Azərbaycanlı ziyalılar” adlı üçüncü monoqrafiyası çap üçün təhvil verilmişdir. Elmi fəaliyyəti dövründə Nərgiz Əliyeva özünü müstəqil elmi araşdırmalar aparmağı bacaran tədqiqatçı, müxtəlif xarakterli tarixi mənbələri tədqiqatlara cəlb edən, onları hərtərəfli təhlil edən tarixçi kimi göstərə bilmişdir. Nərgiz Əlıiyeva Muzeyin Elmi Şurasının və Azərbaycan Tarixi İnstitutunun nəzdindəki Mudafiə Şurasının üzvüdür.
O, 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
 
Elmi əsərləri:
 
Monoqrafiyalar:
1. Azərlbaycan Yaqut əl-Həməvinin əsərlərində. B., Çaşıoğlu, 1999, 244 s.[4]
2. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi.Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s.
3. İbn Makula və Azərbaycan . Çapdadır.
4. “Naxçıvan” əsərinin hissə üzrə müəllifi. Çapdadır.
 
Məqalələri:
1. Yaqut əl-Həməvinin mənbələri Azərbaycan haqqında (“Mucəm əl-Buldən” əsəri əsasında”) Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilmiş konfransın materialları, B., Elm nəşriyyatı, 1988, s.70.
2. Yaqut əl-Həməvinin Azərbaycan haqqında məlumatlara elmi-təcrübi münasibətinə dair // Azərbaycan mədəniyəti tarixi məsələləri. B., 1988.
3. Топонимы Азербайджана по «Китаб ал-муштарик вaдан ва-л муфтариг сук’ан Иакута ал-Хамави» Ономастика Узбекистана. Тезисы П республиканской научно-практической конференции, Ташкент, 1989. c. 8-9.
4. Yaqut əl-Həməvinin “Mucəm əl-Buldən” əsərində Azərbaycanın kənd təsərrüfatının vəziyyəti. ÜİLGi-nin 70 illiyinə həsr olunmuş konfransın materialları, B., 1989.
5. Оборонительные сооружения средневекового Азербайджана по «Му’джам ал-булдан» Йакута ал-Хамави // Средневековый Восток. История и культура. Баку, Эlm, 1990, c. 62-67.
6. Yaqut əl-Həməvi dövrünün görkəmli azərbaycanlı şəxsləri haqqında (“Mucəm əl-Buldən” əsəri üzrə) // Humanitar elmlərin aktual promlemləri. B., Maarif nəşriyyatı, 1990, s. 141-146.
7. Azərlbaycan Yaqut əl-Həməvinin əsərlərində. B., Çaşıoğlu, 1999, 244 s.
8. İbn əs-Sabuni orta əsr Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında. Azərbaycan Tarixi Muzeyi-2002. B., 2002, s. 322-325.
9. Yaqut əl-Həməvi Azərbaycanın müsəlman ölkələri ilə mədəni əlaqələri haqqında // İkinci Bakı simpoziumunun məruzələri. B., Elm, 1997, s.179-182.
10. Orta əsrlərin ərəbdilli mənbələri Azərbaycanın görkəmli təhsil xadimləri haqqında// Şərqşünaslıın aktual poblemləri. Pros.V.Məmmədəlivevin yubileyinə həsr olunmuş konfransın materialları. B., Bakı Universiteti nəşriyyatı, 2002, s. 221-224.
11. Azərbaycanlı mədəniyyət xadimlərinin mənşələrinindəqiqləşdirilməsində “Kitab əl-müştərik” əsərinin rolu. Azərbaycan Tarixi Muzeyi-2003. B., 2003, s. 166-169.
12. Orta əsr Azərbaycan ziyalılarının nisbələri haqqında. “Öndər”(elm,ədəbiyyat, sənət jurnalı), № 02. Bakı: 2003, s. 40-41.
13. Əs-Səmaninin“Kitab əl-Ənsab” əsərinin strukturu barədə. AMEA Azərbaycan Tarixi Muzeyi-2004. Bakı: Elm, 2004, s. 23-27.
14. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinin öyrəniməsində mənbə kimi // Şərqsünaslığın aktual problemləri mövzusunda elmi konfransın materialları. Bakı: 2004 , s.242-245.
15. Ərəb-islam mədəniyyətinin təşəkkülündə naxçıvanlı ziyalıların rolu(VII-XIV əsrlər). AMEA Azərbaycan Tarixi Muzeyi-2005, Bakı: Elm, 2005, s.35-48.
16. Əbdülkərim əs-Səmani və onun elmi irsi. AMEA-nın xəbərləri(tarix, fəlsəfə hüquq) № 5,6. Bakı: Elm, 2005, s.236-241.
17. İslam məıdəniyyətinin inkişafında Naxçıvanın yeri və rolu (IX-XII əsrlər) . Naxçıvan Beynəlxalq Simpoziymunun materialları.Naxçıvan : Təhsil, 2006, s. 390-400.
18. Əbu Tahir əs-Siləfi və Şirvanın bəzi görkəmli ziyalıları. Milli Azərbaycan Tarixi Muzeyi-2006.Bakı; Elm, 2006, s.25-31.
19. Nizamiyyə mədrəsəsi və şirvanlı alimlərin bu tədris müəssisəsində oynadıqları rol. “Orta əsr əlyaznaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” adlı X Respublika elmi konfransının materialları. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: Nurlan, 2006, s. 244-250.
20. Ciddi tədqiqatçı, vətənpərvər alim. “Elm” qəzeti, 31 yanvar 2006-cı il, s.7.
21. Ərəb-müsəlman tarixşünaslığında şəxsiyyətlərin qeydə alınması barədə. Milli Azərbaycan Tarixi Muzeyi- 2007. Bakı: Elm, 2007, s.13-20.
22. Исламизация Азербайджана. Научное обозрение. Сборник статей. Махачкала, 2008, с. 63-66.
23. İbn-Makula və onun “əl-İkməl” əsəri // Milli Azərbaycan Tarixi Muzeyi-2008, s.13-20.
24. Bəzi ortaçağ naxçıvanlı ziyalıların yaşadıqları dövrün dəqiqləşdirilməsi barədə// Naxçıvan bu gün: İslahatlar, perspektivlər. Naxçıvan, Nurlan, 2008, s. 82-85.
25. О жанре «ал-Муталиф ва-л Мухталиф» в средневековье. Межкультурные коммуникации. № 8, Тбилиси, 2009, с. 80-84.
26. Bəzi təhsilli azərbaycanlılar haqqındakı məlumatın dəqiqləşdirilməsinə dair(IX-XIII əsrlər). Milli Azərbaycan Tarixi Muzeyi-2009, s. 22-29.
27. Mədrəsələr və azərbaycanlı alimlərin buradakı tədris fəaliyyəti (IX-XIII əsrlər) АМЕА-nın xəbərləri(tarix, fəlsəfə,hüquq), №12 ,B.,Elm,2009, s.189-199.
28. Əs-Səmaninin “Kitab əl-ənsab” əsəri azərbaycanlı alimlərin fəzilətləri haqqında. Bakı dövlət Universiteti İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, № 12, B., Nurlan, sentyabr (eylul) 2009, 360 s., s.287-295.
29. ”Əl-islam fi Azərbaycan”. Məcəllət Əhlul-beyt. № 73, London, 2009, s.84-91.
30. Orta əsrlər Azərbaycanın mədəniyyət mərkəzləri. “Bakı –islam mədəniyyətinin paytaxtıdır” mövzusunda beynəlxalq konfransın tezisləri, Bakı, 2009, s.20-21.
31. IX-XIII əsrlərin ərəbdilli bioqrafik mənbələri. Bakı Dövlət Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası, № 4 , B., Bakı Universiteti nəşriyyatı, 2009, s. 193-199.
32. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsərinin Azərbaycan bölməsinin əsas mənbələri// Tarix və onun problemləri. B., Adiloğlu, 2009, s. 380-385.
33. Şirvanlı ziyalılar haqqında orta əsrlər ərəbdilli bioqrafik mənbələrin məlumatı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əsərləri, c. XXVIII, Bakı: 2009 , s.68-75.
34. Ibn Makula və naxşıvanlı ziyalılar. Naxçıvan Dövlət Universitetinin əsərləri, № 1(29), Naxçıvan, Qeyrət nəşriyyatı, 2010, s. 180-184.
35. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi.Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s.
36. Orta əsrlərdə Azərbaycan və Sam alimləlinin birgə elmi fəaliyyəti. “ H. I-V esrlərdə Sam şəhərlərinin maarifi” mözusunda beynəlxalq elmi konfransın materialları, Dəməşq, 2010, I c., s. 295-301.
37. Bir ailənin vətən uğrunda döyüşən oğullarının taleyi. Biz birlikdə qalib gəldik. Faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş məqalələr toplusu. Bakı, 2010, EFS Print Poliqrafiya. S.135-138 .
38. Elm və mədəniyyət ocağı-muzey ziyasına yığışmış alimlər. “Elm” qəzeti, 30 noyabr 2010, s. 5.
39. Orta əsr Azərbaycan mühəddisləri //Dirçəliş-XXI əsr, 147-148/ 2010, s. 403-410.
40. MATM əməkdaşlarının elmi fəaliyyətinə dair. “Muzeylər və mədəni irs” mövzusunda Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş beynəlxalq konfransın materialları. B., Ziya, 2010, s.81-86
41. Milli Azərbaycan Tarixi Muzeyinin 1930-cu illər ekspozisiyasının konsepsiyası // “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbyyat və mədəniyyətin yeri” mövzusunda beynəlxalq konfransın materialları.B., Nizami muzeyi, 2010, s. 309-311.
42. İslam mədəniyyətinin inkişafında Naxçıvanın mövqeyi (VII-XII əsrlər). Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstıtutunun əsərləri, c. XXXII, Bakı, 2010, s.34-41.
43. Arranda ərəb-islam mühitinin yaranması. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstıtutunun əsərləri, c. XXXIV. Bakı, 2010, s.26-31.
44. Orta əsrlərdə Azərbaycan mühəddisləri. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstıtutunun əsərləri, c. XXXV, Bakı, 2010, s.34-*41.
45. Azərbaycanın qədim və orta əsrlər dövrü tarixi Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşlarının əsərlərində (1920-50-ci illər). Milli Azərbaycan Tarixi Muzeyi-2010, B., Elm, 2010, s. 73-85
46. النشاة المشترك للعلماء ألاذربيجانيين و السوريين فى القرون الوسطي. المعارف لبلاد الشام من القرن الاول اليلخامس الهجرى’ دمشق’ 2010’ ص. 295-301
47. Ibn Makula(1030-10820) və naxşıvanlı ziyalılar. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri,Tarix və ictimai elmlər seriyası № 1(29), Naxçıvan, Qeyrət nəşriyyatı, 2010, s. 180-183.
48. Əs-Səmani və azərbaycanlı ziyalılar XI-XIII əsrlərdə.”Elm” qəzeti, 31 may 2011-ci il, s. 6.
49. Azərbaycanın XI –XIII əsrlər elmi-mədəni həyatının tarixşünaslığına dair. AMEA-nın xəbərləri (tarix,fəlsəfə,hüquq) Bakı, Elm, 2011, s.22-33.
50. Elm və mədəniyyət ocağı-muzey ziyasına yığışmış alimlər. “Elm” qəzeti, 30 noyabr 2010, s. 5.
51. Azərbaycanın XI –XIII əsrlər elmi-mədəni həyatının tarixşünaslığına dair. AMEA-nın xəbərləri (tarix,fəlsəfə,hüquq) Bakı, Elm, 2011, s.22-33.
52. Azərbaycanlı alimlərin elmi fəaliyyət ixtisasları üzrə təsnifatı bioqrafik ədəbiyyatda (XI-XIII əsrlər) Milli Azərbaycan Tarixi Muzeyi-201I, Elm, B., 2011, s. 130-154.
53. Xəlifələrin Azərbaycanda islam siyasəti. Bakı dövlət Universiteti İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, № 15, B., İSBN, aprel(nisan) 2011, 360 s., s.86-92.
54. İlk orta əsr Gəncə mədrəsəsi haqqında yeni məlumat. Məruzələr. C.LXVII (№ 4), Bakı: Elm, 2011.
55. Selcuqlular devrində Şirvan elmi mühiti ve Şirvanşahların alimlerle münasibetleri // Səlcuqlularda bilim müəssisələri. Konya, 2011, s.150-156.
56. “Azərbaycanlıların idarəçilik fəaliyyəti (XI-XIII əsrlər) “. Akademik Z.M.Bünyadovun tarix mənbəşünaslıq elmində və orta əsrlər Şərqinin tarixi məsələlərinin tədqiqində xidmətləri” mövzusunda beynəlxalq elmi simpoziumun materialları (7-8 may 2012-ci il). B., Elm, 2012, s.272-274.
57. Azərbaycanda islamın yayılmasında ərəb vali və sərkərdələrinin rolu.“Yaxın və orta şərq:dünəmi,bu günü,sabahı” beynəlxalq elmi konfransında (2007-ci il 24-25 oktyabr) mözusunda Konfransın materialı.B.,.Bakı çap evi, 2011, s.126-130.
58. “Şeyx Əbu Tahir əs-Sıləfi və Azərbaycan” mövzusunda məruzənin tezisləri. IV Beynəlxalq Avrasiya Arxeologiyası Konqresi (Ağsu, 1-5 oktyabr, 2012-ci il).
59. Azərbaycanlı alimlərə dərs demiş görkəmli təhsil xadimləri. Akademik Vasim Məmmədəliyevin 70-illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı: 2012 , s.417-420.
60. العرب فى فجر الاسلام فى اذربيجان مجلة الباحثون ، دمشق، 2012 ، ص.133 -124.
61. “İbn Makula (1030-1082) və azərbaycanlı alimlər”. VI Uluslararası Türk Kültürü, Sanatı ve Kültürel mirası Sempozyumunun materialları. Milan -2012, s. 45-50.
62. Azərbaycanda dini cərəyanlar. Milli Azərbaycan Tarixi Muzeyi-2012, Elm, Bakı: 2012, s. 25-38.
63. Сведения биографических источников о научной среде в средневековом городе Гянджа в Азербайджане. Материалы научной конференции, посвященной 90-летию профессора Вольфа Менделеевича Бейлиса (1923-2001). Луганск, 2013, с. 20-26.
64. Raşidi xəlifələri dövründə Azərbaycandakı dini proseslərin bəzi xüsusiyyətləri. Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları. Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70-illiyinə həsr olunmuş beynəlxalq elımi konfransın materiallları. 22-28 iyun 2013-cü il. Bakı çap evi nəşriyyatı, 2013, s.727-729.
65. Əməvilərin Azərbaycan siyasəti. Türk dünyasının öndəri Azərbaycan halqılnın lideri Haydar Aliyevin doğumunun 90 yıl dönümü anısına həsr olunmuş simpozium. Tezislər. Baku, 26-29 iyun 2013.
66. Dərbənd və onun ziyalıları haqqında bioqrafik ədəbiyyat (XI-XIII əsrlər). Azəbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnsitutunun “Elmi araşdırmalar”ı(elmi-nəzəri məqalələr toplusu (IX buraxılış) Bakı, R.M.Kompani mətbəəsi,2012,s. 322-326.
67. Şeyx Əbu Tahir əs-Siləfi və Azərbaycan. IV beynəlxalq Avrasiya Arxeologiyası konfransı. 1-5 oktyabr, 2012, tezislər.
68. Азербайджанские суфии в биографических источниках// Мусульманский мир Российского Востока. Материалы международного симпозиума, посвященного 180-летие со дня рождения шейха Зайнуллы Расулова.Уфа, 2013, с. 94-101.
69. Xilafətin elmi əlaqələrinin inkişafında azərbaycanlı alimlərin rolu (X-XIII əsrlər). Milli ATM-nin əsərləri-2013, B., Elm, 2013, s. 15-24.
70. Проблемы оцифровки экспонатов Национального Музея Истории Азербайджана и пути их решения. Санкт-Петербург, 8 и 9 октября 2013 г. http://cultural-heritage-conf.ru.
71. Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı – Rauf Məmmədov yaradıcılığının rolu. III respublika konfransının materialı. Bakı, Elm, 2013, s. 61-69.
72. Orta əsrlərdə ərəb ziyalıları Azərbaycanda. Dirçəliş XXI əsr. № 12. Bakı, 2013, s .310-318.
73. Взаимные научные связи средневековых азербайджанских ученых с учеными Ближнего и Среднего Востока / Материалы международьной научно-практической конференции «ХП веков развития науки и культуры в Казахстане», Алма-Ата, 2013, с.-istehsalatdadır
74. Azərbaycanda dini proseslərin bəzi xüsusiyyətləri (VII-XII əsrlər). Akademiyanın Xəbərlərində İstehsalatdadır
75. İbn Makula-monoqrafiya və azərbaycanlı ziyalılar.- çapa verilib
 
Redaktoru olduğu əsərlər:
1. Mövlanə İsmayıl Siracəddin Şirvani, Bakı: Adiloğlu, 2003, 134 s.
2. Əhməd Əfəndi Çələbizadə. Quba-dövrün adət və qaydaları (XIX-XX əsrin 20-30-cu illəri). Bakı: Ziya-Nurlan, 2009, 364 s.
3. Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar fondu”nun biblioqrafik göstəricisi(1728-1860).I cild, “Ziya” nəşriyyatı, Bakı, 2013, 164 s.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN