Kürdəmirdə ödənişli xidmətlər

 2017-ci ilin yanvar-mart aylarında rayon ərazisində ümumilikdə əhaliyə 21107,0 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,5 faiz üstələmişdir. 
 

Tarix: 13-5-2017 // saat: 00:48
2017-ci ilin yanvar-mart aylarında rayon ərazisində ümumilikdə əhaliyə 21107,0 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,5 faiz üstələmişdir. 
Rayonda göstərilmiş ödənişli xidmətlərin həcminin xüsusi çəkisi respublika səviyyəsinin 1,0 faizini, aran iqtisadi rayonu səviyyəsinin isə 10,4 faizini təşkil etmişdir. Hüquqi şəxslərin müəssisələri tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ümumi yekunun 10,2 faizini təşkil etməklə ötən ilin müvafiq dövrünün səviyyəsinə nisbətən 5,1 faiz artaraq 2150,5 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin həcmi isə ötən ilin müvafiq dövrünün səviyyəsinə nisbətən 1,2 faiz artaraq 18956,5 min manata çatmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətin 9,9 faizi və ya 2102,0 min manatı dövlət mülkiyyəti, 90,1 faizini və ya 19005,0 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür.
Hesabat dövründə hər bir rayon sakini 3 ay ərzində orta hesabla 184,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
2017-ci ilin yanvar-mart aylarında 2598,0 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən illə müqayisədə 6,6 faiz çox olmuşdur. Məişət xidməti ödənişli xidmətin ümumi həcminin 12,3 faizini təşkil edir. Məişət xidmətinin həcminin 2,3 min manatı və ya 0,1 faizi hüquqi şəxslərin müəssisələri, 2595,7 min manatı və ya 99,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır. Bunun başlıca səbəblərindən biri məişət sahəsində fiziki şəxslərin fəaliyyətinin daha da inkişaf etməsidir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN