MİRAS KİTAB KAFE dəvət edir

MİRAS KİTAB KAFEnin şüarı: "Kitablar gələcək nəsillərə miras qalacaq". Məqsəd gənclərin kitaba marağını artırmaqla yanaşı, bölgənin, regionların iqtisadi inkişafına da yardım göstərməkdir. 

Tarix: 12-1-2017 // saat: 14:53
Dünyada kitab oxunması üçün müxtəlif layihə və fəaliyyətlər həyata keçirilir. Kitab kafe ideyası bunlardan biridir. İndi nəinki iri şəhərlərdə, kiçik yaşayış yerlərində də kitabxanası olan kafelər fəaliyyət göstərir. Azərbaycanda kitab oxumağa meyl azalmış, oxunacaq yerlər, qiraətxanalar isə yox dərəcəsindədir. Şamaxıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı və Şamaxı Dövlət Regional Kollecinin tələbələri, lisey və məktəblərin Azərbaycan və rus sektorunun şagirdləri, ziyalıların, xüsusilə qadınların asudə vaxtını səmərəli və intellektual səviyyədə keçirmək üçün yerlər yoxdur. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mədəni irs və turizm sahəsində əldə etdiyi nailiyyətlərə və yeni ideyalara əsaslanaraq Şamaxıda MİRAS KİTAB KAFE açmışdır. Həm yerli sakinlərə, həm tələbələrə, həm də turistlərə xitab edən MİRAS KİTAB KAFE Nəsimi parkında fəaliyyət göstərir. MİRAS KİTAB KAFE aşağıdakı xidmətləri göstərir:
- kitabların yerində oxunması, kirayə verilməsi və satışı;
- çay, kofe, meyvə suları, şirniyyat və qəlyanaltılar;
- komputerlərdən və internetdən istifadə, məlumatların surətinin çıxarılması, skaneri və çapı;
- milli suvenirlərin və yerli əşyaların, məhsulların satışı;
- müxtəlif kursların və intellektual oyunların təşkili;
- ad günü, yubiley, kitab təqdimatı, imza günü, xatirə gecələrinin keçirilməsi;
- rəsm əsərlərinin nümayişi və sərgilərin keçirilməsi.
MİRAS KİTAB KAFEnin şüarı: "Kitablar gələcək nəsillərə miras qalacaq". Məqsəd gənclərin kitaba marağını artırmaqla yanaşı, bölgənin, regionların iqtisadi inkişafına da yardım göstərməkdir. 
Hamını fəal olmağa səsləyir, MİRAS KİTAB KAFEnin xidmətlərindən istifadə etməyə çağırırıq.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN