Kürdəmirdə əhaliyə göstərilən ödənişli xidmətlər

Hesabat dövründə hər bir rayon sakini 9 ay ərzində orta hesabla 466,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Tarix: 5-11-2016 // saat: 17:59
Kürdəmir Rayon Statistika İdarəsindən verilən məlumata görə 2016-cı ilin yanvar-sentyabr aylarında rayon ərazisində ümumilikdə əhaliyə 53233,4 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,5 faiz üstələmişdir. 
Rayonda göstərilmiş ödənişli xidmətlərin həcminin xüsusi çəkisi respublika səviyyəsinin 0,9 faizini, aran iqtisadi rayonu səviyyəsinin isə 9,5 faizini təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ümumi yekunun 8,5 faizini təşkil etməklə ötən ilin müvafiq dövrünün səviyyəsinə nisbətən 7,1 faiz artaraq 4547,6 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin həcmi isə ötən ilin müvafiq dövrünün səviyyəsinə nisbətən 2,1 faiz artaraq 48685,8 min manata çatmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətin 7,4 faizi və ya 3959,0 min manatı dövlət mülkiyyəti, 91,6 faizini və ya 49274,4 min manatı qeyri-dövlət mülkiyyətinin  payına düşür.
Hesabat dövründə hər bir rayon sakini 9 ay ərzində orta hesabla 466,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında 5988 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən illə müqayisədə 10,3 faiz çox olmuşdur. Məişət xidməti ödənişli xidmətin ümumi həcminin 11,2 faizini təşkil edir. Məişət xidmətinin həcminin 7,4 min manatı və ya 0,1 faizi hüquqi şəxslərin müəssisələri, 5980,6 min manatı və ya 99,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır. Bunun başlıca səbəblərindən biri məişət sahəsində fiziki şəxslərin fəaliyyətinin daha da inkişaf etməsidir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN